media-09-1772632681

Gədəbəy rayonunda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi Ruslan Mustafayevə bəzi qurumların adından saxta mükafat verən Fəqani Hüseynov həbs olunub.

ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barəsində 10 sutka həbs qərarıverilib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə özünü jurnalist kimi tanıdan Fəqani Hüseynov adlı şəxs “Azərbaycan Respublikası Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın adından” sözlərindən istifadə edərək Ruslan Mustafayevə “fəxri diplom” təqdim edib. Həmin anın görüntüləri müzakirələrə səbəb olub.


media-adspc

Bənzər xəbərlər