media-videoedited
media-557611583_1366526328487010_6842798168332511483_n
media-shehidler_olmez_baner_full
Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla anılıb. Anım Günü ilə əlaqədar “Yaddaşlara yazılan talelər” adlı elmi-praktik seminar keçirilib.
ERAmedia xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü və şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirə abidəsi önünə gül dəstələri düzüblər. Ardınca Anım Günü ilə əlaqədar təşkil olunmuş fotosərgi ilə tanış olublar.
SDU-nun Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, onlara təşəkkürünü bildirib. Belə tədbirlərin ictimai-siyasi və hərbi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayaraq ölkəmizin hərb tarixində mühüm yer tutan məqamlara toxunub.
Professor Əminağa Sadıqov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi Zəfərimizin qazanılmasındakı əvəzsiz roluna xüsusi diqqət çəkib. O, Prezidentin sərkərdəlik bacarığı, strateji düşüncə və güclü liderlik keyfiyyətləri sayəsində Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbə qazandığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, müdafiə sənayesinin yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bildirib ki, həmin islahatlar Azərbaycanın hərbi qüdrətinin təməlini qoyub və bu gün də davam etdirilərək dövlətin müdafiə imkanlarını daha da gücləndirir.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəmizin hərbi potensialının inkişafında əsaslı dönüş yaratdığını vurğulayıb. O, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatların, ordunun peşəkar və müasir hərbi qüvvəyə çevrilməsi istiqamətində atdığı addımların əhəmiyyətindən danışıb. General-mayor qeyd edib ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı “Dəmir Yumruq” kimi birləşərək güclü milli həmrəylik nümayiş etdirib və bu birlik düşmən üzərində tarixi qələbənin qazanılmasında həlledici rol oynayıb. O, həmçinin vurğulayıb ki, həmin günlərdə hərbi komissarlıqların qarşısında könüllü şəkildə döyüşlərə qatılmaq istəyən insanların yaratdığı uzun növbələr xalqımızın sarsılmaz vətənpərvərlik ruhunun bariz nümunəsi idi.
Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Tərlan Hacızadə çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
“Qarabağ” ordenli zabit, polkovnik-leytenant Ehtiram Məmmədov, Xankəndidə keçirilən ilk parad zamanı döyüş bayrağını daşıyan mayor Emil Hüseynov, SDU-nun Riyaziyyat fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı, qazi Rahil Xəlilov çıxış edərək Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, dövlətimizin suverenliyini bərpa etməsindən fəxrlə danışıblar. Onlar bu tarixi qələbənin ölkəmizin əzəmətinin və xalqımızın birliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirdə həmçinin şəhid anası Tacə Vahabova və şəhid övladı, Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi Nihad Abdullayev də iştirak ediblər. Onların iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb.
Tədbirdə SDU-nun I və II Qarabağ müharibələrində, həmçinin Aprel döyüşlərində həlak olan şəhid məzunlarının döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər