SDU-da yeni TƏYİNAT
Sumqayıt Dövlət Universitetində (SDU) Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
ERAmedia xəbər verir ki, bu vəzifəyə SDU-nun rektoru Nurəli Yusifbəylinin müvafiq əmri ilə Mədinə Abışova təyin olunub.
Qeyd edək ki, M.Abışova ADAU-da Ekologiya mühəndisliyi ixtisası üzrə bakalavr, LDU-da isə Ekoloji biologiya ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2023–2026-cı illərdə ADAU-nun Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.









