“Sea Breeze” uzunmüddətli sahilyanı inkişaf layihəsi kimi qəbul edilir - Emin Ağalarov
“Sea Breeze” layihəsi müasir kurort və şəhər mühitinin yaradılmasına yönəlmiş uzunmüddətli təşəbbüs kimi inkişaf etməyə davam edir.
ERAmedia xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.
O, Azərbaycan sahilyanı ərazilərinin inkişaf potensialının əhəmiyyətli olaraq qaldığını və layihənin həyata keçirilməsinin uzun müddətə planlaşdırıldığını bildirib.
Emin Ağalarov qeyd edib ki, hazırda layihənin aktiv tikinti mərhələsi davam edir, ərazinin və infrastrukturun daha da genişləndirilməsi nəzərdə tutulur.
O, həmçinin turizm məkanının əhəmiyyətini vurğulayıb və turistlərin davamlı marağına əminliyini ifadə edib.
Sahibkarın sözlərinə görə, Azərbaycan xidmət səviyyəsi və qonaqpərvərliyinə görə cəlbedici bir məkan olaraq qalır.
“Sea Breeze” şirkətinin təsisçisi layihə tərəfdaşlarına təşəkkür edərək maliyyə institutlarının genişmiqyaslı tikinti təşəbbüslərinin həyata keçirilməsinə verdiyi töhfəni qeyd edib. O, “Sea Breeze”in gələcək inkişafı üçün yaşayış, istirahət və investisiya imkanlarının ardıcıl olaraq genişləndirilməsinin vacibliyini vurğulayıb.










