Səbinə Əliyeva vətəndaşları dinləyib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva oktyabrın 13-də Bakı şəhərində vətəndaşlarla görüşüb.
ERAmedia xəbər verir ki, ombudsman hər bir müraciətçi ilə fərdi qaydada görüşərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.
Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.
Görüş zamanı, həmçinin vətəndaşlara Ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.










