media-utnm09u20wgatnvccbqqyuhxqrp6fvvvmo2i9jgn_640

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.

ERAmedia xəbər verir ki, bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.

Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.


media-adspc

Bənzər xəbərlər