media-551061534_18056843429567213_3314321887262475579_n

media-media-media-16-v4h2wr-huyz2v

Seçkiyə sanılı saatlar qaldığı məqamlarda Ermənistan siyasi klaurlarında belə bir sual dolaşır: “Samvel Karapetyanın və onun partiyasının seçkilərdə iştirakının məhdudlaşdırılması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) qanuni əsasları varmı?”

Bu sualın cavabını Azərbaycanda aylar öncəsi verirdilərsə, o, Ermənistanda da cavabsız qalmamalıdır.

Bu sözləri ERAmedia-ya söhbətində Regional məsələlər üzrə ekspert Firuz Novruzov səsləndirib.

O, əmindir ki, seçkilərdə iştirakın məhdudlaşdırılması və ya diskvalifikasiyası üçün qanuni əsaslar mövcuddur, lakin 2026-cı ilin iyun ayına olan məlumata görə, nə “Güclü Ermənistan” bloku, nə də Samvel Karapetyanın özü 7 iyun 2026-cı il tarixinə planlaşdırılan parlament seçkilərindən rəsmi olaraq kənarlaşdırılmasa da, onun və partiyasının oxşar sanksiyaya məruz qalması üçün kifayət qədər faktlar mövcuddur. Buna baxmayaraq, 2 iyun 2026-cı ildə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karapetyanın vətəndaş pasportunu səsvermədə iştirak etmək üçün geri qaytarıb. Həmçinin, “Güclü Ermənistan” partiyasına/blokuna qarşı kütləvi seçici rüşvəti (seçki rüşvəti) ilə açılan cinayət işləri əsasında “Güclü Ermənistan”ın tərəfdarlarına və regional ofislərinin rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib: “İstintaqa görə, Karapetyanın iradəsi ilə  “seçki fəallarına” pul ödəmək adı altında seçicilərin hər birinə 70.000 ilə 200.000 dram arasında vəsait verilib. Ermənistan Seçki Məcəlləsinə görə, sistematik rüşvətxorluq və seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının kobud şəkildə pozulması halları partiyanın və ya seçki blokunun məhkəmələr vasitəsilə qeydiyyatının ləğvi üçün qanuni əsas təşkil edir”.

Ekspert hesab edir ki, partiya siyahısındakı namizədlərin pozuntuları da kifayət qədərdir və hüquq-mühafizə orqanları siyahıdakı əsas şəxslərə qarşı səbr və təmkinlə cinayət işi qaldırmaqdaır. Məsələn, Narek Karapetyan (“Güclü Ermənistan” siyahısında birinci nömrəni tutur) Rusiya vətəndaşlığını gizlətməkdə ittiham olunur. Qanuna görə, ikili vətəndaşlığı gizlətmək və ya yaşayış tələbini yerinə yetirməmək konkret namizədin qeydiyyatının ləğvinə səbəb olur: “Samvel Karapetyana qarşı belə əsaslar, məsələn, Baş nazir vəzifəsini tutmaq üçün konstitusiya qadağası bunu deyir: “Güclü Ermənistan” Samvel Karapetyanı baş nazirliyə namizəd kimi irəli sürüb, lakin Ermənistan Konstitusiyasına görə, bu vəzifəyə namizəd son dörd il ərzində Ermənistan vətəndaşı olmalı və ölkədə daimi yaşamalıdır. Üstəlik, Karapetyan ömrünün çox hissəsini Rusiyada yaşamış rusiyalı milyarderdir və bu, onun təyinatını qanuni olaraq əngəlləyir, əlavə olaraq, Karapetyan hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etmək ittihamı ilə ev dustaqlığında olub”.

Firuz Novruzov bu faktın şəxsi məhkəmənin son hökmü çıxarılana qədər səs vermək hüququndan məhrum etmədyini xatırladaraq bildirir ki, seçkilərdən əvvəl və ya dərhal sonra verilən günahkarlıq hökmü namizədin mandatından və ya dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilməsi üçün mütləq əsas olacaq. Üstəlik, o, bizimlə söhbətində Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası Karapetyana qarşı aktiv və gəlir bəyannaməsini təqdim etmədiyinə görə cinayət işi açdığını, bununsa hüquqi sanksiyalar yaratdığını bildirir.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər