“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar 3 təcili yardım briqadası cəlb olunub
Bu gün saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən ERAmedia–ya verilən məlumata görə, çağırış əsasında ilkin olaraq 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.