Sədərəkdə elektrik enerjisinin verilişində fasilələr olacaq
35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
ERAmedi xəbər verir ki ,“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən bildirilib ki, bu səbəbdən noyabrın 7-də saat 09:30-dan 12:30-dək Sədərək rayonunun Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.









