Sədərəkə dolu yağıb
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna dolu yağıb.
ERAmedia xəbər verir ki, dolu təxminən 5 dəqiqə ərzində davam edib, sonra yağışa çevirilib.
Dolu yağışının kənd təsərrüfatı sahələrinə təsiri barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.









