media-17892408963562412777_1200x630

“Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turnirində finalçılar məlum olub.

ERAmedia-ya Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) bildirilib ki, həlledici oyunda “Elit” komandası və İsveçrənin “Sankt Moritz” klubu qarşılaşacaqlar. Azərbaycan təmsilçisi bu uğura Böyük Britaniyanın “Red star” klubu üzərində 9-7 hesablı qələbə sayəsində nail olub. Komandanın kapitanı Elçin Camallı ilk oyunda olduğu kimi, bu dəfə də məhsuldarlıq nümayiş etdirərək 6 qol vurub. “Sankt Moritz” klubu isə finala çıxmaq yolunda Rusiyanın “Moskva” kollektivinə 6-4 hesabı ilə qalib gəlib.

Sabah 3-cü yer uğrunda oyunda “Moskva”nın rəqibi Böyük Britaniyanın “Red star” klubu olacaq.


media-adspc

Bənzər xəbərlər