media-photo_5269453469926494042_x
media-bant_master

“Qarabağ” komandasını İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bu barədə “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq”, – klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.


media-adspc

Bənzər xəbərlər