media-1111

Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova 23 yaşlı qızına böyrəyini verib. 

ERAmedia xəbər verir ki, bu barədə əməliyyatın gerçəkləşdiyi Yeni Klinika məlumat yayıb.

Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Qeyd edək ki, resipiyent Elvira Novruzova və donor Gülşən Novruzova Vətən müharibəsi şəhidi Elvin Novruzovun ailə üzvləridir. Elvin Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

media-1784917694_754173885_1100819695799711_3343150318765444264_n

 


media-adspc

Bənzər xəbərlər