media-1792398036533778775_1200x630

media-17923980362212928086_1200x630

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun məzarı ziyarət olunub.

ERAmedia-ya BDU-dan bildirilib ki, ziyarətdə Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və kafedranın əməkdaşları iştirak ediblər. Onlar şəhidin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ailə üzvləri ilə görüşüblər.

Ataməli Musaoğlu 2012-ci ildə yüksək balla BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasına qəbul olunub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı olan Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı yaralı dostunu xilas edərkən şəhidlik zirvəsinə ucalıb.

 


media-adspc

Bənzər xəbərlər