Şəhidlər Xiyabanında 20 Yanvar Gününə hazırlıq işləri aparılır - FOTO
Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işləri görülür.
ERAmedia xəbər verir ki, hər il olduğu ki, faciənin ildönümü ilə əlaqədar xiyabanın girəcəyində Hüzn Günü ilə bağlı hazırlıq işləri aparılır, rəngli güllərdən ibarət 20 Yanvar kompozisiyası yaradılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür, zədələnmiş plitələri dəyişdirir, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalanıb, hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Əlihüseyn Salam










