media-0101
media-bant_master

Gələn il “20 Yanvar” faciəsinin 35-ci ildönümü böyük ehtiram və təntənə ilə qeyd olunacaq.

ERAmedia-nın əməkdaşı bu fotonu səhər saatlarında Şəhidlər Xiyabanında çəkib. Gələcəyimiz olan bu balaca əsgərlər 20 Yanvar Şəhidlərini düz iki ay öncədən ziyarət etməyə başlayıblar. Onların hər biri Əliyarların, Mübarizlərin, Poladların və daha minlərlə qəhrəman Azərbaycan oğullarının davamçılarıdırlar. Duruşlarından, geyimlərindən və əllərindəki üçrəngli bayraqlardan hiss olunur ki, qəhrəman oğullarımızın, igid əsgərlərimizin qanı bahasına əldə olunan azadlığımız etibarlı əllərdədir.

Qeyd edək ki, Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il 10 ay ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başlayıb. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirilib, yaralanıb və yaxud itkin düşüb.

Polad POLADLI

 


media-adspc

Bənzər xəbərlər