media-1766580342_413ae4b90ba94957b2248e627d0c6482_untitled-1
media-bant_master

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşlarının – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad – cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

ERAmedia xəbər verir ki, Səbail Rayon Məhkəməsində təqsirləndirlən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 17-də Azərbaycana 5 günlük turist kimi gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


media-adspc

Bənzər xəbərlər