Səhiyyə naziri yeni direktor təyin edib
Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.
ERAmedia xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azər Nəsirov Mərkəzin direktor müavini təyin edilib.
Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.










