media-17655327905735346323_1200x630
media-bant_master

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd olunur.

ERAmedia xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

 


media-adspc

Bənzər xəbərlər