Səhra bir anda ağ örpəyə büründü – Heyrətləndirici mənzərə
Səudiyyə Ərəbistanında adətən rast gəlinən səhra mənzərəsi bu dəfə güclü dolu yağışından sonra ağ rəngə bürünüb.
ERAmedia xəbər verir ki, Səudiyyə mediasının məlumatına görə, Riyad şəhərinin şimal-qərbində qəfil və güclü dolu yağması qeydə alınıb.
Şiddətli yağıntıdan sonra bölgədəki səhralar qar kimi ağ örtüyə bürünüb.
Xəbərlərdə bildirilir ki, Riyadın cənub və qərb hissələrində yerləşən yüksək ərazilər, həmçinin Məkkənin şərq bölgələri üçün güclü yağış, sel, dolu və güclü külək xəbərdarlığı verilib.
Vüsalə









