media-6f1fcd25-fe86-43ce-98e8-64c0a58b896a
media-bant_master

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Cinayət hadisəsi rayonun Turan qəsəbəsində baş verib.

ERAmedia-nın məlumatına görə, bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov polisə könüllü təslim olub.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər