Şəkidə itlər 59 yaşlı kişi yaralayıb - VİDEO
Şəkidə itlər 59 yaşlı kişiyə hücum edərək onu yaralayıb.
ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.
Zərərçəkən hadisənin hər hansı ucqar kənddə deyil, şəhərin mərkəzində baş verməsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Hadisə barədə danışan sakin səhər saatlarında itlərin ona hücum edərək yerə yıxdığını və nəticədə xəsarət aldığını deyib.
Fəhlə işləyən kişinin ailə üzvlərinə hadisə barədə xəstəxanadan məlumat verilib.
Hazırda ambulator müalicə alan zərərçəkənə həkimlər qısa müddətdə burnundan əməliyyat olunmadığı təqdirdə ciddi fəsad yarana biləcəyi barədə xəbərdarlıq ediblər.









