media-17925303325068139052_1200x630

Şəki Dövlət Peşə Təhsil Mərkəzində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və təmiz mühitin yaradılmasının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbirdə ekoloji problemlərin qarşısının alınması, ətraf mühitə həssas münasibətin formalaşdırılması və təmizliyin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirin davamı olaraq şəhər ərazisində təmizlik aksiyası təşkil edilib. Aksiya çərçivəsində ərazi tullantılardan təmizlənib, ictimai məkanların səliqəli saxlanılması istiqamətində işlər görülüb.

Tədbir və təmizlik aksiyası ətraf mühitin mühafizəsinə diqqətin artırılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də daha təmiz və sağlam mühitin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Şəki Dövlət Peşə Təhsil Mərkəzi ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyətin təşviqi istiqamətində təşəbbüslərdə iştirak etməklə təmiz və sağlam gələcəyin qorunmasına töhfə verir.


media-adspc

Bənzər xəbərlər