Şəkidə “Yay məktəbi” təşkil olunacaq
3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi həyata keçiriləcək.
Mədəniyyət Nazirliyindən ERAmedia-ya verilən məlumata görə, layihənin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılacaq, açıq havada yaradıcı oyunlara qoşulacaq və layihə müddətində hazırladıqları işlərini sərgidə nümayiş etdirəcəklər.










