media-1653941175_1-kcur-2

Türkiyənin müdafiə və aerokosmik sənaye şirkəti “Baykar”ın həmtəsisçisi və İdarə Heyətinin sədri, 46 yaşlı Səlcuq Bayraktar “Forbes”un milyarderlər siyahısına əsasən 2,7 milyard dollar sərvətlə Türkiyənin ən varlı 10 vətəndaşı sırasına daxil olub.

ERAmedia xəbər verir ki, şirkətin baş direktoru olan qardaşı Haluk Bayraktar da siyahıda yer alıb, lakin ilk onluqdan bir qədər aşağı pillədə qərarlaşıb. Onun sərvəti 2,4 milyard dollar qiymətləndirilir.

“Baykar” son illərdə Türkiyənin müdafiə sənayesində aparıcı ixracatçılardan birinə çevrilib. Şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatları Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən də istifadə olunur.

Səlcuq Bayraktar şirkətin 52,5 faiz payına sahibdir. “Baykar” 2025-ci ildə 2,5 milyard dollar gəlir əldə edib və bunun 88 faizi ixracın payına düşüb. Şirkətin ixrac həcmi 2,2 milyard dollar təşkil edib ki, bu da “Baykar”ın dünyada ən böyük pilotsuz uçuş aparatları ixracatçısı mövqeyini qoruduğunu göstərir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər