media-whatsapp-image-2026-06-23-at-10-30-02

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun zəhmətkeş qadınlarla birlikdə çəkilmiş nadir fotosu ictimai marağa səbəb olub.

ERAmedia xəbər verir ki, arxiv görüntüsündə Səməd Vurğun kənd təsərrüfatında çalışan qadınlarla səmimi söhbət zamanı əks olunub. Fotoşəkil şairin sadə insanlara, xüsusilə əmək adamlarına olan yaxın münasibətini və onların həyatına göstərdiyi diqqəti nümayiş etdirir.

Səməd Vurğun yaradıcılığında əmək, vətən sevgisi və insan amili mühüm yer tutub. Onun müxtəlif bölgələrə səfərləri, kolxoz və sovxozlarda çalışan insanlarla görüşləri dövrün mətbuatında və foto salnamələrində geniş əksini tapıb.

Tarixi əhəmiyyət daşıyan bu foto həm böyük şairin həyat yoluna, həm də Azərbaycan qadınının cəmiyyətin inkişafındakı roluna işıq salan dəyərli arxiv nümunələrindən biri hesab olunur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər