media-17854831525254914715_1200x630

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Nəriman Yalçın oğlu Əliyevə məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb.

ERAmedia-ya FHN-dən verilən məlumata görə, yoxlama zamanı müəyyən olunub ki, agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılan 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib.

Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub.

Aşkarlanan pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin pozuntuların aradan qaldırılması üçün tərtib edilən aktın və agentliyin müvafiq qərarının surəti sahibkara təqdim olunub.


media-adspc

Bənzər xəbərlər