media-1769081826326001816_1200x630

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 60 yaşlı Sabir Abbasov saxlanılıb.

ERAmedia-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib, həmin şəxsdən 6 kiloqdam 633 qram heroin və tiryək aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


media-adspc

Bənzər xəbərlər