media-1726052533-5056

Respublikaçı senator Lindsi Qremm ABŞ prezidenti Donald Trampa İranın Ali Lideri Əli Xameneini ölkədə davam edən etirazlar fonunda öldürməsini təklif edib.

ERAmedia xəbər verir ki, amerikalı senator bunu “Fox News”da çıxışında səsləndirib.

Trampı “İran xalqının yanında olduğuna” görə tərifləyən Qrem Ayətullahı “dəhşətli adam” kimi səciyyələndirib. O, “İran liderinin getməsinin vaxtı çatdığını” və bunu xalqın istədiyi olduğunu dilə gətirib.

“Donald Tramp deyir ki, İranı yenidən böyük etməyin ən yaxşı yolu etirazçıların qalib gəlməsi və rejimin süqutudur. Buna necə nail oluruq? Cənab Prezident, hansı addımı atırıqsa atsaq, o, etirazçıları ruhlandırmalı və rejimi qorxutmalıdır”- deyə, fikrində israr edib.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər