Sensasion ETİRAF: "Türklər oyanarsa, güc balansı dəyişər"
Fransalı maliyyə eksperti Şarl Qav türk dünyasının potensialı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
ERAmedia xəbər verir ki, onun fikirləri beynəlxalq strateji dairələrdə geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, Qav türk xalqlarının geniş coğrafiyada yayılması və mümkün inteqrasiya potensialının qlobal güc balansına ciddi təsir göstərə biləcəyini vurğulayıb.
Ekspert bildirib ki, türk dünyası yalnız Türkiyə ilə məhdudlaşmır. Onun sözlərinə görə, Adriatik dənizindən Çin səddinə qədər uzanan geniş bir ərazidə ortaq dil və mədəni bağlar mövcuddur. Qav bu barədə danışarkən qeyd edib: “Türklər oyanarsa, vəziyyət bizim üçün çətinləşər. Himalaylara qədər türk dillərində danışan xalqlar var”.
Analizdə diqqət çəkən əsas məqamlardan biri isə liderlik və inteqrasiya məsələsi olub. Gave hesab edir ki, güclü və xarizmatik lider ətrafında birləşəcək türk dünyası qlobal miqyasda yeni güc mərkəzinə çevrilə bilər. Bu gücün yalnız hərbi deyil, həm də iqtisadi və mədəni sahələrdə təsir imkanlarının geniş olacağı bildirilir.
Onun fikrincə, belə bir birlik dünyanın aparıcı güclərindən biri sayılan Çin üçün də ciddi rəqib və strateji maneə yarada bilər.
Müşahidəçilər qeyd edirlər ki, bu kimi açıqlamalar son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində artan əməkdaşlıq proseslərinin Qərb analitikləri tərəfindən yaxından izlənildiyini və müəyyən narahatlıq doğurduğunu göstərir.
Vüsalə










