Separatizmin anatomiyası: İki ölkə, bir ssenari
12 il əvvəl Donetskdə yerli icra stukturu binasının separatçılarla Rusiya xüsusi təyinatlılar tərəfindən birgə zəbt edildiyini müşahidə etdikdə, ukraynalı dostuma şəhərin əldən getdiyini anlatmağa çalışmışdım. O isə məsələnin danışıqlar yoluyla həllinə ümidli idi, Azərbaycanı misal çəkdim.
ERAmedia xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Siyasi şərhçi Qarabağda da vaxtilə separatizm belə başlamışdı, silahlanıb, binaları ələ keçirib və Rusiyadan aldıqları dəstək sayəsində ərazilərimizi işğal etdiklərini dostuna söylədiyini deyib:
“Gözümün qarşısında Ukraynada oxşar proses gedirdi, ancaq ukraynalıların bir qismi hələ buna əhəmiyyət vermirdi. Həmin dövrdə Ukrayna Prezidenti ölkədən qaçmış, Kiyevdə hakimiyyət bölgüsü gedir, görüşdüyüm ukraynalı ekspertlər isə Kremlin Krımdan sonra Donbasın da işğalına hazırlaşdığına inanmaq istəmirdilər. Donetskdə ikən separatçıların postuna yaxınlaşan Ukraynanın 5 hərbçisinin qətlə yetirildiyini öyrəndim. Bu, başlanğıc idi. Rusiyanın Ukraynaya qarşı müharibənin rəsmən başlanmasına hələ 8 il qalsa da, düyməyə basılmışdı.
Kiyevə qayıtdıqda Maydanda kiçik qrupların mitinqi hələ davam edirdi, çadırlar da sökülməmişdi. Halbuki, ölkədə baş qaldıran separatizmin rüşeymini məhv etməyə ehtiyac var idi. Biz məsələmizi 30 ildən sonra birdəfəlik həll etdik. Ukrayna da eyni yoldadır, 3 günə Kiyevi işğal edəcəyini düşünən Kreml sahibi müharibədə ilişib qalıb”.
Vural










