Serb üslubunda UŞTİPTSI
- Dadlı TAM İLƏ
Tərkibi:
Çəkilmiş ət – 1 kq
Soğan – 150 q
Duz
Sarımsaq – 3 diş
Soda – ⅔ çay qaşığı
Qazlı mineral su – ½ stəkan
Doğranmış göyərti – 1 dəstə
Hissə verilmiş döş əti – 100 q
Yumşaq pendir – 100 q
Bitki yağı – 100 ml
Hazırlanması:
Əti soğan və sarımsaqla birlikdə ətçəkəndən keçirin.
Çəkilmiş əti duz və istiotla dadlandırın.
Soda əlavə edin.
Mineral suyu tökün.
Döş ətini kiçik kublara kəsin və qiyməyə əlavə edin.
Pendiri sürtgəcdən keçirin və qiyməyə əlavə edin. Serb mətbəxində əsasən feta pendiri istifadə olunur, lakin onu yumşaq pendirlə əvəz etmək olar.
Doğranmış göyərtilər əlavə edin. Qiyməni yaxşıca yoğurun.
Kotletlər düzəldin və yağda tavada qızardın.
İstənilən qarnir və ya tərəvəz salatı ilə süfrəyə verin.
Tamilla Manaf










