media-17790393852585953684_1200x630

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Güləş Federasiyasından ERAmedia-ya bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi 2 medal qazanıb.

Tunar Həsənov (45 kiloqram) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabı ilə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

İbrahim Həsənov (51 kiloqram) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

media-17790393851022560995_1200x630

 


media-adspc

Bənzər xəbərlər