Serdar Ortaçdan pərəstişkarlarını sevindirəcək xəbər
Türkiyəli müğənni Serdar Ortaç illərdir həyatına mənfi təsir göstərən alkoqol və qumar asılılığından qurtulduğunu açıqlayıb.
ERAmedia xəbər ki, uzun illər qumar və alkoqol asılılığı ilə gündəmə gələn məşhur sənətçi bu dəfə sevindirici xəbəri Amasyanın Suluova rayonunda verdiyi konsert zamanı pərəstişkarları ilə bölüşüb.
Serdar Ortaç Suluova rayonunda keçirilən xalq konsertində tamaşaçıları coşdurub. Sevilən mahnılarını səsləndirən və pərəstişkarları ilə söhbət edən müğənni həyatında yeni səhifə açdığını bildirib.
“İçkini, siqareti, eşq-məhəbbəti, qadın məsələlərini – hamısını buraxdım. Qumar oynamağı da dayandırdım. Artıq yalnız sizin üçün mahnı oxuyacağam. Depressiya, sıxıntı da yoxdur artıq”, – deyə müğənni bildirib.
Suluova Demokratiya Meydanında gec saatlara qədər davam edən konserti minlərlə insan izləyib.
Mələk Onur










