Sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb.
Bu barədə ERAmedia AzTV-nin Gürcüstan bürosuna istinadən xəbər verir.
Qeyd edək ki, Bakı-Tbilisi sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb. Bakı–Tbilisi marşrutu üzrə hərəkət edən qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyasında dayanmaqla Tbilisi Dəmiryol Vağzalında çatıb.









