media-image_940x_6938e5b529efe

Hamburq hava limanında təhlükəsizlik insidentindən sonra sərnişinlər təxliyə edilib.

ERAmedia xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bütün sərnişinlər təxliyədən sonra yenidən uçuşdan əvvəl yoxlamadan keçməlidirlər.

“Hazırda uçuşlar dayandırılıb, lakin gəlişlər cədvələ uyğun olaraq davam edir”, – deyə açıqlamada bildirilir.

Federal polis sözçüsünün sözlərinə görə, hadisə bir şəxsin təhlükəsizlik zonasına qanunsuz daxil olması ilə bağlı olub. Cinayətkar saxlanılıb.


media-adspc

Bənzər xəbərlər