media-gettyimages-2128192721-9c471afa751446e6b6ad910181b0f2c3
media-bant_master

ABŞ-ın Virciniya ştatından olan bir ailə “Delta Air Lines” və “KLM Royal Dutch Airlines “aviaşirkətlərinə qarşı məhkəmə iddiası qaldıraraq, transatlantik uçuş zamanı təyyarə salonunda yataq böcəkləri tərəfindən dişlənərək xəsarət aldıqlarını bildirib.

ERAmedia xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Keçən həftə məhkəməyə təqdim olunan iddiaya əsasən, Virciniya ştatının Roanok şəhərindən olan Albuquerque ailəsi 21 mart tarixindəki səfər zamanı təyyarədə yataq böcəklərinin olduğunu iddia edir.

İddiada bildirilir ki, ailə üzvlərinin bədəninin müxtəlif hissələrində qaşınan, qabarmış səpkilər və yaralar əmələ gəlib. Bu vəziyyət onların ailəvi istirahətini pozub, alçaldılma və utanc hissi, narahatlıq, fiziki diskomfort yaradıb, həmçinin tibbi xərclərə və şəxsi əşyaların, o cümlədən geyimlərin itirilməsinə səbəb olub.

Ailə üzvləri Romulo Albuquerque, həyat yoldaşı Lisandra Qarsiya və övladları Benisio və Lorenzo 21 martda “Delta” şirkətinin Roanokdan Atlantaya olan reysi ilə uçublar. Daha sonra KLM-in reysi ilə Amsterdama, oradan isə Belqrada getməyi planlaşdırıblar. Biletlər “Delta”nın “SkyMiles” proqramı vasitəsilə alınıb.

İddiaya görə, Amsterdam istiqamətində uçuşun başlamasından təxminən iki saat sonra Lisandra Qarsiya üzərində böcəklərin gəzdiyini və onu dişlədiyini hiss edib. Cütlük bu barədə bələdçiyə məlumat verib, lakin onların sözlərinə görə, bələdçi təyyarədə “panika yaranmaması” üçün səs-küy salmamalarını xahiş edib.

Sənəddə qeyd olunur ki, uçuş boyunca böcəklər ailə üzvlərini dəfələrlə dişləyib. İddiada həmçinin bildirilir ki, Amsterdamda enişdən əvvəl bələdçilər ailədən bu barədə heç kimə məlumat verməməyi istəyiblər, əks halda Serbiyaya olan növbəti reysi qaçıra biləcəkləri bildirilib.

Albuquerque və Qarsiya təyyarə salonunda və sviter üzərində gəzən yataq böcəklərini əks etdirən foto və videolar çəkiblər. İddia materiallarına KLM salfetkası üzərində böcəklər və ailə üzvlərinin bədənindəki dişləmə izlərini göstərən şəkillər də əlavə olunub. Onlar təyinat yerinə çatdıqdan sonra paltarlarını qaynar suda yumağa məcbur qalıblar.

“Delta Air Lines” açıqlamasında bildirib ki, iddiada qeyd olunan uçuşlar “Delta” tərəfindən həyata keçirilməyib və şirkət şikayəti nəzərdən keçirərək müvafiq cavab verəcək.

Ailə məhkəmədən 200 min ABŞ dolları məbləğində kompensasiya tələb edir.

Vural


media-adspc

Bənzər xəbərlər