media-imtahan1

2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, texnologiya fənni üzrə sertifikatlaşdırmada iştirak edən 2948 müəllimdən 2555-i uğurlu nəticə göstərib. Fiziki tərbiyə fənni üzrə 5419 müəllimdən 4516-sı, təsviri incəsənət üzrə 1689 müəllimdən 1405-i, musiqi üzrə 1311 müəllimdən 1041-i, tarix fənni üzrə isə 5571 müəllimdən 4194-ü sertifikatlaşdırmadan uğurla keçib.


media-adspc

Bənzər xəbərlər