media-fedd018d-b287-4a2c-abc2-a9d9f62316e6
media-bant_master

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı kimi bu gün Şərur Rayon Mərkəzi Xəstəxanasına bir sıra mühüm tibbi avadanlıqlar təhvil verilib.

ERAmedia  xəbər verir ki, xəstəxananın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində tibb müəssisəsinə 1 ədəd laparoskopik dayaq dəsti, 2 ədəd 12 kanallı EKQ cihazı, 1 ədəd neonatal funksiyalı İVL cihazı, 2 ədəd standart funksiyalı İVL cihazı, 3 ədəd defibrilyator, 2 ədəd çoxfunksiyalı defibrilyator, 38 ədəd standart funksiyalı xəstəbaşı monitoru, 5 ədəd çoxfunksiyalı xəstəbaşı monitoru,1 ədəd tam rəqəmsal, yüksək həssaslığa malik ultrasəs müayinə cihazı (USM) təhvil verilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, aidiyyəti qurumların nümayəndələri, xəstəxana kollektivi və kənd icma nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov görülən işlərin rayon əhalisi üçün əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm nəticələr verdiyini qeyd edib.

Səhiyyə naziri Samiq Sadıxov çıxışında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq reallaşdırılan islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Çıxışı zamanı nazir son dövrlərdə səhiyyə sahəsində aparılan yeniliklər barədə məlumat verib, həmçinin yaxın zamanlarda Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən bəhs edib.

media-fedd018d-b287-4a2c-abc2-a9d9f62316e6 media-3be16e75-d42e-4f2b-9bad-00f645485ab0 media-86a89326-977c-4654-8266-2b98e6801f91 media-b4333d1a-d904-4206-b383-53e5a79c26d7 media-ab9516eb-668a-4de6-b9d4-fd13aa3894b8 media-a17ba783-c252-43ee-883f-1e578dc4f303 media-454b405c-1cf3-46bb-adba-4cca4cf7a821 media-a9e372d8-296d-4e6a-9912-ebb03e6f9f1e media-f97447d7-7e3e-473f-b3e8-340daab0f3c8 media-2c381ba7-f8ae-46ff-b05f-61560a6f8f47 media-89b2479d-ab8d-476f-b6c2-f410db55b172 media-29f18e15-bde2-4313-b6fe-19096cc3b886

 

 

 


media-adspc

Bənzər xəbərlər