media-9wx3ttul54qzyk0vzexlf8d50cfabuvqx8ejou9o_825
media-bant_master

Naxçıvanda Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə yeni film çəkilir.

Ekran əsəri qədim xalq oyunu olan “Şərur yallısı”na həsr olunub.

Filmin rejissoru əslən Naxçıvanlı olan Orxan Cabbarovdur.

Layihə Şərur bölgəsinin zəngin mədəni irsini, yallının ritual və sosial mənalarını, eləcə də bu ənənənin müasir dövrdə yaşadılma formasını sənədli və bədii üslublarını tamaşaçılara təqdim etməyi məqsəd qoyur.

Filmin çəkilişləri Naxçıvan şəhərində və muxtar respublikanın müxtəlif bölgələrində həyata keçiriləcək.


media-adspc

Bənzər xəbərlər