"Sevən insanlara dəli kimi baxırlar" - Orxan Lökbatanlı
“Sevən insanlara dəli kimi baxırlar. Amma mərhum şair Nazim Hikmət deyir ki, “ya dəlilər haqlıysa”… Görün, nə qədər gözəl sözdür”.
ERAmedia xəbər verir ki, bu sözləri meyxana ustası Orxan Lökbatanlı dəvət olunduğu televiziya verilişində deyib.
O qeyd edib ki, sevgi insanı insanlıq çərçivəsindən çıxarmağa qadir bir gücdür:
“Mən elə ilk dəfə sevəndə dəlicəsinə sevmişəm. Bu gün də sevirəm. Həmişə də sevəcəm”.










