media-allahsukur-pasazade-portuqaliyaya-gedecek-1732350615

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

ERAmedia QMİ-nin Mətbuat xidmətin istinadən bildirir ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın Dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.


media-adspc

Bənzər xəbərlər