media-17829094593579416043_1200x630

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobusu iyulun 1-dən başlayaraq Qax şəhərində sakinlərə səyyar formada xidmət göstərir.

ERAmedia xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

“ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Emil Abdulkərimovun verdiyi məlumata görə, xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı xidmətlər daxildir. Bu xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.

Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət Qaxda sakinlərə iyulun 30-dək xidmət göstərəcək.


media-adspc

Bənzər xəbərlər