Sibel Can nənə oldu
Məşhur türkiyəli müğənni Sibel Canın nəvəsi olub. Müğənninin böyük oğlu Engin Can Ural və gəlini Merve Kaya Uralın qızları dünyaya gəlib.
ERAmedia Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sibel Canın keçmiş həyat yoldaşı, tanınmış aktyor Hakan Ural “Instagram” hesabında paylaşım edib.
“Bəli, baba oldum”, – deyə Hakan Ural paylaşımda sevincini dilə gətirib.
Engin-Merve cütlüyünün övladı ABŞ-də, Mayamidə doğulub və uşağa ərəbcə xurma ağacı mənasını verən Lina adı verilib.
Qeyd edək ki, Sibel Can və Hakan Ural 1988-1999-cu illərdə evli olublar. Onların bu evliliyindən doğulan böyük oğulları Engincan Ural 2022-ci ildə ailə həyatı qurub. O, uzun müddət münasibətdə olduğu Merve Kaya ilə Bodrumda dəbdəbəli toy edib.