media-17854170411019310460_1200x630

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüşünü keçirib.

ERAmedia-ya AMB-dən bildirilib ki, görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf meyilləri, eləcə də qarşıdakı dövr üzrə perspektivlər müzakirə olunub.

Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.


media-adspc

Bənzər xəbərlər