Şimali Koreya lideri ilk dəfə itkiləri etiraf etdi: “Ürəyim yanır”
Şimali Koreya lideri Kim Çen In Rusiyanın tərəfində Ukraynaya qarşı müharibədə həlak olmuş əsgərlərin xatirəsinə ehtiramını bildirib və onların itkilərini nadir etiraf edərək “ürəyimin ağrıdığını” deyib.
ERAmedia xarıcı KİV-ə istinadən bu barədə Şimali Koreyanın dövlət agentliyi KCNA xəbər verir ki, Kim Çen In çıxışını cümə axşamı Pxenyanda keçirilən mərasimdə edib. Tədbirdə Rusiyanın tərəfində döyüşmüş və Kursk vilayətində yerləşdirilmiş bölmənin komandirləri ilə görüşüb. O, həmin əsgərləri “qəhrəman ordu” adlandırıb və onların formalarına minnətdarlıq nişanı sancıb.
Yayımlanan fotolarda Kim Çen In-in həmçinin həlak olmuş əsgərlərin şəkillərinin altına qızılı hərflərlə yazılmış adların olduğu memorial divarda fotolara nişanlar sancdığı görünür.
“Böyük qələbə və şöhrət uğrunda öz qiymətli həyatlarını qurban verən bu uca şəxsiyyətlərlə yalnız memorial divardakı şəkillər vasitəsilə görüşə bilmək gerçəyi ilə üzləşəndə ürəyim ağrıyır və qəlbim qüssə ilə dolur”, —deyə Kim çıxışında bildirib.
Ukrayna və ABŞ kəşfiyyatının məlumatına görə, hazırda Rusiyada təxminən 12 min şimali koreyalı hərbçi yerləşdirilib. İlk hərbçilər 2024-cü ilin payızında Rusiyaya göndərilib.