media-videoedited
media-12997a8cfa38b346eef51290822193cf
media-shehidler_olmez_baner_full

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) özünün ən son qitələrarası ballistik raketi “Hvason-20″ni nümayiş etdirib.

ERAmedia-nın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər yayıb. Məlumata görə, raketin nümayişi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə Pxenyanın Kim İr Sen meydanında keçirilən hərbi parad çərçivəsində baş tutub.

“Koreya Xalq Demokratik Respublikasının ən güclü strateji nüvə silahı olan “Hvason-20″ qitələrarası ballistik raketlərinin kolonu meydana daxil olduğu zaman tamaşaçıların böyük sevinci ilə qarşılanıb”, – deyə məlumatda bildirilib.

Paradda, həmçinin “Cxonma-20” tankları, 155 mm-lik özüyeriyən haubitsalar, uzaqmənzilli strateji qanadlı raketlər və “yer-hava” tipli raketlər də nümayiş etdirilib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər