Simonyan Bakıya gəlməyə hazırdır
Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə, Azərbaycana səfər etməyə hazıram.
ERAmedia APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək.
Simonyan, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət edib.









