Sumqayıt Texniki Kollecinin direktoru vəzifəsindən azad olunub
ERAmedia-nın məlumatına görə Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Piriquliyeva Mətanət Səfər qızı vəzifəsindən azad olunub.
Bununla bağlı məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Pirquliyeva Mətanət Səfər qızı 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub.
2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilmişdir.
Əli Fərhad









