media-photo_5363954454224376289_x
media-bant_master

ABŞ-ın Louisiana ştatında fəaliyyət göstərən “Fibrebond” şirkətinin 1,7 milyard dollara satılması işçilərə böyük bonus qazandırıb.

ERAmedia xəbər verir ki, şirkətin sahibi Qrem Volker satış müqaviləsinə “gəlirin 15%-i işçilərə paylanacaq” maddəsini daxil edib.

Bu qərar nəticəsində 540 tam ştat işçisi ümumilikdə 240 milyon dollar bonus aldı. Hər İşçiyə orta hesabla 443 min dollar ödəniş düşür, bonuslar isə şirkətdə ən az beş il qalmaq şərti ilə mərhələli şəkildə veriləcək. Şirkətdə uzun müddət çalışanların daha yüksək məbləğlər aldığı bildirilib.

Elektrik avadanlıqları üçün qoruyucu qurğular istehsal edən “Fibrebond” şirkəti bu ilin əvvəlində enerji idarəetmə şirkəti “Eaton”a satılıb. İşçilərin bonusları borc ödəmək, avtomobil almaq, universitet xərclərini ödəmək və s. üçün istifadə olunub. Bəzi işçilər isə bonusu aldıqdan sonra tətilə çıxıb və ya öz işini qurmaq arzusunu həyata keçiriblər.

“Wall Street Journal”ın məlumatına görə, Volker ailəsinin satışdan 1 milyard dollardan çox gəlir əldə edəcəyini qeyd edərək, işçilərə paylanan təxminən dörddəbir milyard dolların “ədalətli” olduğunu bildirib. Bonusların vergi yükü yaratmasına baxmayaraq, işçilərin əksəriyyətinin ödənişlərdən razı qaldığı qeyd edilib.

1982-ci ildə təsis edilən və pandemiya dövründə sürətlə böyüyən “Fibrebond”un son beş ildə satışlarının təxminən 400% artdığı bildirilib. Qrem Volker isə şirkəti 31 dekabrda tərk edəcəyini açıqlayıb.

Vural


media-adspc

Bənzər xəbərlər